Azərbaycanda bu gün koronavirus infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə HİT.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 232 197 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226 760 nəfər müalicə olunaraq sağalıb, 3 183 nəfər vəfat edib, aktiv xəstə sayı 2 254 nəfərdir.
COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan ölkədə son sutka ərzində 4 160, hazırkı dövrədək isə 2 506 005 test aparılıb.