Samir Şərifov araşdırma başlatdı: “Azərxalça” təftiş edilir

ÖLKƏ
11:43 / 16.02.2021
1929

Maliyyə Nazirliyi Vidadi Muradovun “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri olduğu dövrlə bağlı araşdırmaya başlayıb.

Unikal.org-un məlumatına görə, Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti “Azərxalça” ASC-də yoxlamalar aparır.

Maliyyə naziri Samir Şərifovun əmri ilə, adıçəkilən qurumun maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır.

“Azərxalça” ASC-nin yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin ASC-nin bütün müəssisələrində də bu araşdırmalar davam etdirilir.

3