Nazir bu tağımlara yeni komandir təyin etdi

ÖLKƏ
15:02 / 16.02.2021
923

Baş Dövlət Yol Polisi İdarəsinin tağımlarına yeni təyinatlar olub.

HİT.Az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, BDYPİ-nin 13-cü və 9-cu tağımlarına yeni komandirlər təyin olunub.

13-cü tağım kapitan Elnur Zeynalova, 9-cu tağım isə baş leytenant Zaur Məmmədova həvalə olunub. Bu avtomobil yolları Bərdə-Yevlax və Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonunda keçən hissələrini əhatə edir.

0