Zəngilanın və Xocavəndin azad olunması uğrunda medallarla təltif olunan Vətən müharibəsi döyüşçüsü Tural Əfəndi erməni batareyasını necə məhv etmələri barəsində danışıb.
Hit.az xəbər verir ki, cəsur əsgər şəhid general Polad Həşimovla bağlı əhdi olduğunu bildirib. Döyüşçü müharibədən sağ-salamat qayıdacağı halda Qarabağdan torpaq gətirib Polad Həşimovun məzarına tökəcəyini əhd edibmiş.