Novruz bayramı ərəfəsində həbsdə olan bu şəxslər əfv oluna bilər

ÖLKƏ
20:19 / 16.02.2021
1105

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının videokonfrans formatında iclası keçirilib.

Hit.az-ın xəbərinə görə, iclasda komissiyaya daxil olan müraciətlərdən 100-dən çoxuna baxılıb.

Komissiyanın üzvü Rəşad Məcid "Report"a açıqlamasında bildirib ki, hələ komissiyasının bir neçə iclası da keçiriləcək: "Çox güman ki, Novruz bayramına qədər bütün müraciətlərə baxılacaq".

0