Tarix İnstitutuna yeni icraçı direktor təyin edildi - FOTO

ÖLKƏ
10:32 / 17.02.2021
954

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna icraçı direktor təyinatı olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov təyin olunub. O, bu təyinatadək institutun elmi işlər üzrə direktor müavini olub.

1959-cu il təvəllüdlü C.Bəhrəmov 1982-ci ildən institutda çalışır.

Ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov vəzifəsindən azad edilib və institutun baş direktoru vəzifəsinə tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb.

Bir müddət əvvəl isə AMEA-nın nizamnaməsində dəyişiklər edilib. Yeni struktur dəyişikliyinə əsasən, akademiyanın institutlarında baş direktor və icraçı direktor vəzifəsi təsis edilib.

0