Nazir müavininin qabırğası çatlayıb - Yenilənib

ÖLKƏ
14:14 / 17.02.2021
2257

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.

Bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: "İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub".

Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: "Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq".

Qeyd edək ki, İsmayıl İsmayılovun xəstəxanaya yerləşdirilməsini unikal.org saytı yayıb.

***** 

Gənclər və İdman Nazirinin müavini, Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində problem yaranıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazir müavini paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

İ.İsmayılov Unikal.org-a açıqlamasında səhhətində problem olduğunu təsdiqləyib və hazırda müalicəsini  davam etdirdiyini deyib.

0