Sakinlərin ağac kəsilməsi iddiasına Nazirlikdən AÇIQLAMA (VİDEO)

ÖLKƏ
17:24 / 17.02.2021
715

Bakıda Yasamal rayonu ərazisində yerləşən Tağı Şahbazi küçəsində ağacların kəsilməsi barədə məlumat yayılıb. 

Bu barədə Baku.ws-in "Qaynar xətt"inə yerli sakinlər müraciət ediblər.

Sakinlərdən birinin göndərdiyi görüntülərdən məlum olur ki, sayı 10-dan çox olan ağac naməlum səbəbdən kəsilib. Həmçinin iddia olunur ki, ərazidə çoxmərtəbəli binanın inşası planlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, əgər ağaclar təhlükə yaradırsa, ağacların budanması lazımdır:

"Sadəcə onun qaydası var, biz yoxlayacağıq ki, budama qayda üzrə aparılır, yoxsa yox. Budama rayon icra hakimiyyətlərinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Prosesin düzgün aparılıb-aparılmaması isə tərəfimizdən araşdırılır.

Sözügedən ərazidə budamanın necə aparıldığı araşdırıldıqdan sonra nəticə barədə məlumat veriləcək".

0