Qarabağda erməni gənclər bir-birini bıçaqlayıb - Ölən var

12:50 / 18.02.2021
1051

Tərtər rayonunun Ağdərə qəsəbəsinin ermənilər yaşayan hissəsində gənclər arasında baş verən bıçaqlanma nəticəsində bir nəfər ölüb.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, iki nəfər arasında mübahisə düşüb. Tərəflərdən biri o birini mətbəx bıçağı ilə bıçaqlayıb. Nəticədə 28 yaşlı gənc ölüb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin edilib.

0
Report.az