Tarix İnstitutunun yeni rəhbəri 7 şöbəni ləğv etdi

ÖLKƏ
17:33 / 18.02.2021
775

Tarix İnstitutunda struktur dəyişiklikləri aparılıb. 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Elmi şura Tarix İnstitutunda bəzi struktur dəyişikliyinin həyata keçirilməsiylə bağlı qərar qəbul edib və bu barədə AMEA-nın İctimai və humanitar elmlər bölməsinə müraciət edib. Bəzi şöbələrin AMEA-nın strukturundakı digər institutlarda və ya bilavasitə, institutun özündə olan digər şöbələr ilə qismən təkrar olduğu üçün ləğv edilib, yaxud digər şöbələr ilə birləşdirilərək yenidən təşkil olunub. 

Yeni siyasi partiyalar və ictimai hərəkatların tarixi şöbəsi yaradılması barədə təklif irəli sürülüb. Mövcud tarixşünaslıq və mənbəşünaslıq şöbəsi Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixi demoqrafiya, Qarabağ tarixi şöbəsi Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsi, Beynəlxalq münasibətlər tarixi şöbəsinin isə Beynəlxalq münasibətlər  və diaspora tarixi şöbəsi kimi təşkil edilməsi daha münasib hesab edilib. 

Təklif olunan dəyişikliklərdən sonra Tarix İnstitutunun elmi-tədqiqat şöbələrinin yeni strukturunun aşağıdakı kimi olması nəzərdə tutulur:

1. Qədim dövr tarixi şöbəsi;

2. Orta əsrlər tarixi şöbəsi;

3. Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsi;

4. Yeni tarix şöbəsi;

5. Xalq Cümhuriyyəti tarixi şöbəsi;

6. Azərbaycanın sovet dövrü tarixi şöbəsi;

7. Azərbaycan Respublikasının tarixi şöbəsi;

8. Əliyevşünaslıq şöbəsi;

9. Azərbaycanın tarixi coğrafiyası şöbəsi;

10. Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixi demoqrafiya şöbəsi;

11. Siyasi partiyalar və ictimai hərəkatların tarixi  şöbəsi;

12. Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsi. 

Bu struktur dəyişikliklərinə uyğun olaraq şöbələrin sayı 19-dan 12-yə enməlidir. 

Ləğv edilən və ya yenidən təşkil edilən şöbələrin əməkdaşlarının müvafiq qaydada yerləşdirilməsinin təşkili məqsədilə baş direktor və yeni struktur üzrə şöbələrin rəhbərlərindən ibarət komissiya yaradılacaq. 

Xatırladaq ki, Tarix İnstitutunun eks-direktoru Yaqub Mahmudov ötən ay vəzifəsindən azad olunub. Bu günlərdə instituta Kərim Şükürov rəhbər seçilib. 

0