28 illik qaranlıq sona çatdı və Şuşa Azərbaycan işığıyla aydınlandı.
“Haber Global”ın Şuşa şəhərindən hazırladığı videoreportajda belə deyilir.
“Ermənistan işğalından azad olunan Şuşa, artıq Azərbaycan işığıyla aydınlanır. Azərbaycan dövlət elektrik şirkəti olan “Azərışıq” Şuşaya elektrik xətti çəkib. Qarabağın incisi öz vətəninin işığına qovuşub”., - deyə reportajda bildirilir.
Oxu.az