İşığın qiyməti qalxacaq? - RƏSMİ AÇIQLAMA

ÖLKƏ
23:49 / 18.02.2021
1203

Sosial şəbəkələrdə Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılacağı ilə bağlı iddialar yayılıb.

Bildirilir ki, qiymətin artırılması ilə bağlı "Azərişıq” Tarif Şurasına müraciət edib.

"Azərişıq" ASC-dən Hit.az-a verilən açıqlamada yayılan məlumat təkzib edilib və informasiyanın həqiqətə uyğun olmadığı bildirilib.

Qeyd edək ki, hazırda elektrik enerjisinin qiyməti 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır.

2