Nazirliyin yüksək vəzifəli şəxsi işdən çıxarıldı - YENİ TƏYİNAT

ÖLKƏ
15:25 / 19.02.2021
4759

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin direktoru Elman Hüseynov vəzifəsindən azad edilib.

HİT.Az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Ənvər Yusifova həvalə olunub.

Xatırladaq ki, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 41 600 manatdır. Şirkət dövlətə məxsus rabitə müəssisələrinin mühafizəsini həyata keçirir.

1