Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin olunub.
HİT.Az APA-ya istindən xəbər verir ki, bu vəzifəyə Tərlan Əziz oğlu Hacızadə təyin olunub.
Qeyd edək ki, Tərlan Hacızadə 1971-ci ildə Sumqayıt şəhərində anadan olub.
O, 1993-cü ildə Ağdərə rayonu Madagiz yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşdə mina partlayışı zamanı ağır yaralanıb. II qrup Qarabağ əlilidir.