Gecə saat 3-də çayxanaya gedənlər cərimələndi

ÖLKƏ
11:04 / 20.02.2021
711

Quba polis əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan HİT.Az-a verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zaman gecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K.Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər. 

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.

2