Təhsil Nazirliyindən dərslərlə bağlı AÇIQLAMA

ÖLKƏ
16:23 / 20.02.2021
623

Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərlə bağlı açıqlama yayıb.

HİT.Az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov mməlumat verib. Onun sözlərinə görə, dərs cədvəli məktəb səviyyəsində tərtib edilib.

O qeyd edib ki, bu zaman V-IX siniflərdə əyani dərslərin həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulmaqla dərslərin sayı normativi aşmadan müəyyən edilir.

Qeyd edək ki, fevral ayının 1-dən məktəblərdə əyani tədris qismən bərpa olunub.

1