Tez-tez sızanaq problemi yaşayanların DİQQƏTİNƏ - Bunu əsla etməyin!

ÖLKƏ
15:33 / 24.05.2020
998

Yay aylarında Günəşin ruhumuzu və dərimizi qidalandırdığını hamımız bilirik. Ancaq onun faydası qədər zərəri də istisna edilmir.

Mütəxəssislərin fikrincə, dərisində tez-tez sızanaq problemi yaşayan şəxslər Günəş işığından qaçmalıdır.

Günəş işığı bədənimizə və zehnimizə canlandırıcı təsir göstərir. D vitamini ehtiyacımızı ödəməkdən əlavə bədənimizdəki sümüklərin inkişafına mühüm təsir göstərir. Tədqiqatlara görə, Günəş işığının az olduğu yerlərdə insanlar depressiya və ya mövsümi hissiyyat pozuntusu yaşayır.

Ancaq sızanaq problemi yaşayanlar nəzərə almalıdır ki, Günəş sızanaqları müalicə etmir. Əksinə, dəridə sızanaqların meydana gəlməsinə səbəb olur. Belə ki, sebum istehsal edərək, sızanaqların yarana bilməsi üçün dərini qurudur. Mütəxəssislər hesab edir ki, sızanaqlara meylli dəri üçün dozanı aşmadan xüsusi kremlərdən istifadə edilməlidir. Məhsulu çölə çıxmazdan 30 dəqiqə əvvəl istifadə etmək düzgün seçimdir.

0
Publika.az