Paşinyan Qərblə "flirt"ə davam edərsə... – Rusiyalı siyasətçidən hədə

ÖLKƏ
12:34 / 25.02.2021
762

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya məxsus “İsgəndər” raket kompleksi barədə tənqidi fikirləri hələ də rus ictimai-siyasi mühitində müzakirə mövzusudur. Müşahidələr göstərir ki, Paşinyanın “İsgəndər”i pisləməsi Kremlin qəzəbinə səbəb olub. 

HİT.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu dəfə Baş nazirin dediklərinə ruisyalı siyasətçi və hərbçi Frants Klintsevdən cavab gəlib. O bildirib ki, Ermənistan real hərbi tapşırıqları yerinə yetirə biləcək qədər “İsgəndər” raket kompleksinə sahib deyil.

Klintsevin fikrincə, İrəvanın İkinci Qarabağ savaşındakı məğlubiyyətinin “İsgəndər”lə heç bir əlaqəsi yoxdur. 

“İsgəndər” kompleksindən düzgün istifadə edilməlidir. Paşinyanın uğursuz olduğu söylədiyi buraxılışa gəlincə, problemin nədən qaynaqlandığını araşdırmaq lazımdır. Ola bilsin ki, bunun kökündə peşəkar kadr çatışmazlığı dayanır”, – deyə hərbçi vurğulayıb.

Klintseviç əlavə edib ki, Ermənistanın sentyabrda başlanan və 44 gün davam edən eskalasiyada məğlubiyyətinin əsas səbəblərindən biri qüvvələrin qeyri-bərabərliyi ilə əlaqədardır.

“DQR”in qoşunları Azərbaycanın pilotsuz təyyarələri üçün açıq hədəf idi. Bu pilotsuz təyyarələr çox asanlıqla hərbi hədəflərə - raket sistemlərinə, tanklara və s. zərbələr endirirdi”, - deyə o vurğulayıb. 

Klintseviçin sözlərinə görə, “DQR”in silahlıları Azərbaycanın texniki üstünlüyü qarşısında aciz idilər.

Klintseviç məsələnin siyasi yönünə də diqqət çəkib: “Paşinyan suverenlik, çoxqütblük və müstəqillik adı altında Qərblə oynayır, onu sevindirməyə, Rusiyanı isə istismar etməyə çalışır. Hər iki tərəfi razı salmağa çalışır. Amma iki stulda oturmaq mümkün deyil. Bu oyunların nəticəsi yaxşı olmur. Bəli, Paşinyan müdrik bir addım atdı, Rusiyanı dinlədi, müharibəni dayandırdı, amma Qərblə "flirt"ə davam edərsə, bu, onun üçün də, Ermənistan üçün də ciddi nəticələrə səbəb ola bilər”.

VÜQAR

0