Ədalət barışığın vacib bir hissəsidir!
HİT.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında Xocalı soyqırımının 29 illiyi ilə bağlı paylaşımında bildirib.
O, bu bəşəri cinayətləri həyata keçirənlərin irqçi fikirlərinə və etnik nifrətlərinə görə Ermənistanda qəhrəman kimi qəbul olunduğunu vurğulayıb.
“Unutmadıq! Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik!” - deyə Pezidentin köməkçisi bildirib.
We Remember! We demand justice for innocent victims of Khojaly genocide! Justice is an important component of reconciliation. Perpetrators of Khojaly genocide are glorified as heros in Armenia based on extreme ideologies of racism, discrimination, ethnic hate. #JusticeForKhojaly pic.twitter.com/rnZyzeWPrB
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 26, 2021