Azad Rəhimovun səhhəti necədir? - Nazir müavinindən AÇIQLAMA

ÖLKƏ
12:58 / 26.02.2021
742

Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazir Azad Rəhimovun səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.

HİT.Az-ın məlumatına görə, İ.Babayev APA-ya açıqlamasında bildirib ki, Azad Rəhimovun vəziyyəti hazırda yaxşılaşmağa doğru gedir: "Hər gün nazirlə birbaşa əlaqə saxlayırıq. Bütün lazımi tapşırıqlar verilir. Ümid edirik ki, tezliklə müalicə tam bitəcək və nazir işinin başına dönəcək".

0