Nazir idarə rəisini işdən çıxarmayıb - Nazirlik

ÖLKƏ
13:20 / 28.02.2021
1111

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbəri Vüsal Nəsirlinin vəzifədən azad edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən deyilib.

“Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirlinin işdən azad edilməsi ilə bağlı mədəniyyət naziri Anar Kərimov tərəfindən əmr imzalanmayıb”, - nazirlik bildirib.

Qeyd edək ki, ötən gün Vüsal Nəsirlinin Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılması barədə məlumat yaymışdı.

1