ABŞ-da yaşayan azərbaycanlı “Ayın şagirdi“ seçildi

ÖLKƏ
13:12 / 01.03.2021
1361

ABŞ-da yaşayan həmyerlimiz Nurlan Abbaszadə növbəti uğuru ilə ailəsini sevindirib.

HİT.Az xəbər verir ki, o, Vaşinqtonda fəaliyyət göstərən “Martha Lake Elementary School” tərəfindən "Ayın şagirdi" seçilib.

Bu münasibətlə məktəb rəhbərliyi tərəfindən azyaşlıya xüsusi sertifikat təqdim olunub.

Qeyd edək ki, məlumat Nurlan Abbaszadənin qohumları tərəfindən sosial şəbəkədə paylaşılıb.

0