Kütləvi vaksinasiya məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək.
Hit.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, 50 yaşdan yuxarı olan təxminən 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək. Bunun üçün Bakıda 5 məktəb mərkəz kimi təşkil edilib.
M.Vəliyeva qeyd edib ki, vaksinasiya bizim normal həyata keçməyimizi təmin edəcək.