Əfv Komissiyası sabah toplanır 

ÖLKƏ
11:12 / 05.03.2021
672

Martın 6-da Əfv Məsələləri Komissiyasının videoformatda növbəti iclası keçiriləcək.

Növbəti həftə üçün daha 3 iclasın keçirilməsi nəzərdə tutulub. Bununla da Komissiyanın iclaslarına yekun vurulacaq.

Toplanmış materiallar Əfv Məsələləri Komissiyasının sədri tərəfindən ölkə başçısına təqdim olunacaq.

Rəsmi məlumata görə, indiyədək keçirilmiş iclaslarda 500-dən çox müraciətə baxılıb. Müraciətlər müxtəlif kateqoriyaları, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş şəxsləri əhatə edir.

0
Modern.az