Telejurnalist Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Şərəf” ordeni ilə təltif edildi

ÖLKƏ
13:11 / 05.03.2021
1139

Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Azərbaycanın 3 ictimai xadimini “Şərəf” ordeni ilə təltif edib.

Bu barədə HİT.Az-a Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Mətbuat Xidmətindən bildirilib.

Məlumatda deyilir: 5 mart 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov Azərbaycan yazıçısı Kərimli Tağı Arzuman oğlunun, ictimai xadim Orucova Günay İlham qızının və ictimai xadim, siyasi analitik və jurnalist Şəfiyev Allahverdi Nadir oğlunun “Şərəf” ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb.

0