Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov sürüşmə hadisəsi baş verən əraziyə gəlib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, icra hakimiyyətinin başçısı hadisə zamanı zərər dəyən obyektlərə baş çəkib.
Vüqar Zeynalov bildirib ki, Badamdar qəsəbəsi ərazisində yerləşən sürüşmə zonasında yenidən aktivləşmə olub.
Hazırda araşdırma aparılır. Aidiyyəti qurumlar tərəfindən əlavə məlumat veriləcək.
****
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib. Bir az əvvəl baş verən sürümə nəticəsində bir neçə gün əvvəl təmizlənən Badamdar şose yenidən bağlanıb.
APA-nın verdiyi məlumata görə, hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb.