Bütün əməkdaşları öz hesabına məzuniyyətə göndərildiyi deyilən Lider TV səhər saatlarından yayıma başlasa da, efirə ancaq köhnə veriliş və proqramlar verilib.
Kanalda səhərdən heç bir yeni proqram yayımlanmayıb. Səhər xəbərləri əvəzinə idman proqramı göstərilib.
Telekanalda baş verən proseslərlə bağlı hələlik heç bir rəsmi açıqlama verilmir.
Kanalın rəhbəri Ədalət Əliyev də sorğuya cavab verməyib.
Xatırladaq ki, Lider TV-nin əməkdalarının verdiyi məlumata görə, kanalın bütün əməkdaşları işdən kənarlaşdırıb. Kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazdırıb.
Qeyd edək ki, bundan öncə də Lider TV-də oxşar problem yaşanmış, kanal öz yayımını dayandırmışdı.
Axar.az