Martın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovla ADNSU-nun rektoru, professor Mustafa Babanlı arasında görüş keçirilib.
HİT.Az xəbər verir ki, görüşdə həmçinin, AMEA İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Əliyarov, “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, professor Araz Əliyev də iştirak ediblər.
İkitərəfli əməkdaşlıq əlaqələrindən bəhs olunan tədbir zamanı ADNSU-da HPC Mərkəzinin (High Performance Computing) imkanlarından, elmin inkifındakı rolundan bəhs olunub. Qərara alınıb ki, iri hesablamalar zamanı AMEA İdarəetmə Sistemləri İnstitutu HPC Mərkəzinin imkanlarından istifadə edə bilər. Sonra bu istiqamətdə əməkdaşlıq etmək üçün institutut ilə universitet arasında müqavilə imzalanıb. Sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı və AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov imzalayıblar.