99 yaşlı Qubadlı sakini peyvənd olundu  

ÖLKƏ
21:32 / 10.03.2021
1374

Sumqayıtda 99 yaşlı Qubadlı sakini peyvənd olunub.

Hit.az xəbər verir ki, Sumqayıtda yaşayan Qubadlı rayonu, Padar kənd sakini 99 yaşlı Hamayıl Muxtar qızı Hüseynəliyevaya COVID-19 virusu əleyhinə peyvənd vurulub.

Peyvənd Sumqayıt həkimləri tərəfindən H.Hüseynəliyevanın yaşadığı evdə həyata keçirilib. O, hazırda özünü yaxşı hiss edir.

0