Qax Rayon Mərkəzi Xəstəxanası xəstəlik yuvasına çevrilib? - VİDEO

16:21 / 12.03.2021
665

Regionda fəaliyyət göstərən xəstəxanalardan birində çəkilən videogörüntülər geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkədə paylaşılan görüntünün Qax Rayon Mərkəzi Xəstəxanasında çəkildiyi iddia edilir. 

Belə ki, pandemiya dövründə regionda xəstəxananın tualetinin bu dərəcədə antisanitar vəziyyətdə olması birmənalı qarşılanmayıb. 

Yayılan görüntülərin nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün Qax Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq.

Xəstəxananın direktoru Tərlan Əhmədzadə Oxu.Az-a açıqlamasında görüntülərin xəstəxanada qeydə alındığını təsdiq edib və bildirib ki, sözügedən binada hazırda təmir işləri aparılır.

0