Hava şəraiti ilə əlaqədar avtomobil yollarında vəziyyət açıqlandı

ÖLKƏ
16:49 / 12.03.2021
622

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 16:15-ə olan vəziyyəti açıqlayıb.

AAYDA-dan verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda marşrut boyu zəif qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 4 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilərək nəqliyyatın hərəkəti təmin olunur.

Xınalıq istiqamətində yol boyu qar yağır, 8 dərəcə şaxta var. Yolun 35-37 km hissələrində 0.6-1 metr arası qar var və bu qarın yoldan təmizlənməsi üzrə işlər yekunlaşmaq üzrədir.

Giləzi – Xızı yolunda marşrut boyu zəif qar yağır, 5 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər aparılmış, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Bakı – Qobustan yolunda yağıntı yoxdur, güclü külək var. Şaxta 1-2 dərəcə təşkil edir.  Yolun 35-45 km hissəsində buzlaşma əmələ gəlib, hazırda bu hissədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Qobustan - Şamaxı – Muğanlı yolunun Şamaxı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - Ağsu – Yevlax tolunun Muğanlı-Ağsu-Göyçay hissəsinə zəif qar yağır, yolda qar yoxdur, Ağsu dolaylarında 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt – Hacıqabul yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax  yolunun Hacıqabul rayonu ərazisindən keçən hissədə yağış, Ucar və Yevlax rayonu keçən ərazilərdə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunun Tovuz-Qazax hissəsində sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda qar yağır, 2-3 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 20-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənmiş, buz bağlamış sahələrinə, əsasən də meşə zolağından keçən hissələrə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolunda qar yağır, İsmayıllı-Qəbələ rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 10-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənmiş, buz bağlamış sahələrinə, eləcə də körpülərə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Şəki – Qax – Zaqatala –  Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda zəif qar yağır, yolda qar yoxdur, Şəki və Qax rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax – Şəki (Göybulaq) yolunun Şəki rayonu ərazisində zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq  yolunda marşrut boyu qar yağır. 5-6 dərəcə şaxta var. Yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəmkir - Gədəbəy yolunda marşrut boyu qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi yolunun Lənkəran-Astara hissəsinə sulu qar və qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunda qar yağır, şaxta yoxdur. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Lənkəran – Lerik yolunda qar yağır, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

0