Reket bloger Ata Abdullayev saxlanıldı - SƏBƏBİ...

ÖLKƏ
22:06 / 12.03.2021
3653

Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin saxlanılması səbəbi məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, A. Abdullayev məmurları şantaj edərək külli miqdarda pul alırmış. O, çoxsaylı şikayətlər əsasında iş başında yaxalanaraq saxlanılıb.

Əlavə məlumat veriləcək.

***

21:49

Özünü videobloger kimi təqdim edən Ata Abdullayev saxlanılıb.

Hit.az "Sabah.az"a istinadən xəbər verir ki, Ata Abdullayev bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Ata Abdullayevin hansı maddə ilə ittiham olunduğu hələlik bəlli deyil.

2