Səhər saatlarında Bakı-Astara avtomagistralının Cəlilabad rayonuna yaxın hissəsində ağır avtomobil qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, mikroavtobusda qəzaya düşən sərnişinlər Astara rayonunun sakinləridir. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sakinlər yaxın rayonların səhiyyə müəssisələrinə çatdırılıb.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarətində olan Astara rayon sakinləri bunlardır: 1981-ci il təvəllüdlü Süleymanov Natiq Baloğlan oğlu və 2005-ci il təvəllüdlü qızı Süleymanlı Rəqsanə, 1982-ci il təvəllüdlü Qəhrəmanova Əsmər Akif qızı, 1982-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğlu.