Əfv Komissiyası müraciətlərə baxıb – Siyahı prezidentə təqdim olunacaq

14:36 / 13.03.2021
497

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Modern.az-a Komissiya üzvü Rəşad Məcid məlumat verib.

R.Məcidin sözlərunə görə, indiyədək keçirilən 9 iclasda 1000-nə yaxın müraciətə baxılıb:

"Daha bir iclas keçiriləcək. Bununla da Komissiya öz işini yekunlaşdıracaq. Sənədlər toplanaraq, cənab Prezidentə təqdim olunacaq".

Komissiya üzvü deyib ki, Novruz bayramında ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacaq.

0