İstefa verən vəzifəli şəxslərin yerinə onlar təyin olunacaq - Milli Məclisə təqdimat

ÖLKƏ
10:36 / 14.03.2021
3380

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının 4 auditoru eyni vaxtda istefa verib. Onların boş qalan vəzifələrinə Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında təyinatlar olacaq.

“Yeni Sabah” həmin boş qalan yerlərə təyin olunacaq namizədlərdən ikisinin kimliyini öyrənib. Palatadan saytımıza bildirilib ki, boş qalan 4 vəzifə yerindən ikisinə Vəfa Mütəllimova və Cavid Bayramov təyin olunacaq. Artıq onlarla bağlı lazımi təqdimatlar Milli Məclisə göndərilib.
V.Mütəllimova hazırda Palatada çalışır. O icmal büdcə və strateji təhlil şöbəsinin müdiridir. 

C.Bayramov isə palatanın Dövlət büdcəsi gəlirlərinin auditi  şöbəsinin müdiridir. 

6