Sumqayıtın polis rəisinin müavini İŞDƏN ÇIXARILDI

ÖLKƏ
11:30 / 15.03.2021
2717

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) rəis müavini işdən çıxarılıb.

"Report"un yerli bürosu xəbər verir ki, ŞPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Hüseyn Süleyman oğlu Həsənov vəzifəsindən azad edilib. Bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, H.Həsənov 2019-cu ildə bu vəzifəyə təyin edilmişdi. Onun yerinə hələlik təyinat olmayıb.

0