Paytaxt sakinlərinin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir

ÖLKƏ
14:19 / 15.03.2021
1318

Paytaxtın əsas küçələrindən birində sabahdan hərəkət məhdudlaşdırılır.

Bu barədə HİT.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, martın 15-dən paytaxtın Xudu Məmmədov küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən M1, M2, M6, 11, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət istiqaməti məhdudiyyətlərə uyğun olaraq digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcəkdir.

0