Vilayət Eyvazov Əli Həsənovun kürəkəninə töhmət verdi

ÖLKƏ
16:07 / 15.03.2021
2133

Qaradağ rayon Polis İdarəsinin rəisi polkovnik İsfəndiyar Mehbalıyevə töhmət verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, İ.Mehbalıyev işində nöqsanlara yol verib. Buna görə də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İ.Mehbalıyevə töhmət verilib.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.

0