Ata Abdullayev həbsdə intihar edib? - DTX-dan AÇIQLAMA

ÖLKƏ
22:53 / 15.03.2021
3500

Bloqer Ata Abdullayevin intihar etməsi ilə bağlı xəbərlər yayılıb.

HİT.az xəbər verir ki, yayılan şayiələrə aydınlıq gətirmək üçün Musavat.com Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərib.

DTX-dan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, A.Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.

1