Azərbaycan-Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokol 1 aprel 2021-ci ildən qüvvəyə minir.
Hit.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.
“Bu tarixdən vətəndaşlarımız şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklər”, - deyə qeyd olunub.
***16:27
Türkiyə və Azərbaycan vətəndaşları 1 apreldən etibarən iki ölkə arasında tək şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Polis İdarəsi açıqlama yayıb.
“İki ölkənin vətəndaşları 1 aprel 2021-ci il tarixindən etibarən qarşılıqlı səfərlərdə tək şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Vizasız ölkədə qalma müddəti 30 gündən 90 günə qaldırıldı”,- deyə açıqlamada qeyd olunub.