Media nümayəndələri Xocavəndin Edilli kəndində olublar.
Oxu.Az-ın müxbiri xəbər verir ki, jurnalistlər erməni general Kamo Ağacanyanın atıb qaçdığı evə baxıblar.
K.Ağacanyan Vətən müharibəsində evini tərk edərək qaçıb.
Erməni general işğal müddətində qondarma rejimin “Təhlükəsizlik Xidməti”nin rəisi olub.