Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı - RƏSMİ

ÖLKƏ
12:22 / 18.03.2021
1840

Azərbaycanda yeni ştamm aşkarlanıb. TƏBİB-dən HİT.Az-a verilən məlumata görə, Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən götürülən nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək, şübhəli variantlar təqib olunur:

“Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib”.

Rəsmi məlumata görə, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

2