Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun cəzası azaldıldı

ÖLKƏ
16:27 / 18.03.2021
1169

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və Vüqar Əliyev əfv edilib.

HİT.Az xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında adı var.

Sərəncama əsasən, V.Əliyevin ömürlük azadlıqdan məhrum etmə cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.

0