Sarkisyan yenə sərsəmlədi: “Qarabağ Azərbaycanın olmayacaq“

ÖLKƏ
17:37 / 18.03.2021
1532

44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın başına dəyən yumruq, görünür, hələ erməniləri ağıllandırmayıb. Bunu onların çıxışlarında sezmək mümkündür.

HİT.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu dəfə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan sərsəm bəyanatla çıxış edib. O, jurnalistlərin toplandığı məhkəmə binasının qarşısında  Dağlıq Qarabağın statusunun hələ müəyyənləşdirilmədiyini dilə gətirib:

“Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Təəssüf ki, faciənin qarşısı alına bilmədi, amma bir çıxış yolu görürəm: kapitulyatorlar getməlidir, xalq üzvləri dövlət düşüncəsinə sahib bir hökumət seçməlidir. Bu hökumət isə təcili olaraq təhlükəsizlik və rifahı təmin etmək üçün addımlar atmalıdır”. 

8