Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Sahib Süleymanov Quba RPŞ Dövlət Yol Polisi bölməsinin rəisi təyin edilib.
O, bu vaxta qədər Şabran RPŞ-də Dövlət Yol Polisi bölməsində İnzibati təcrübə üzrə inspektor vəzifəsində çalışıb.