Jurnalist Zaur Qənbərov azadlığa buraxıldı

ÖLKƏ
15:12 / 19.03.2021
606

Anews.az-ın həbs olunan bölgə müxbiri Zaur Qənbərov azadlığa buraxılıb

Bunu jurnalistin vəkili Cavad Cavadov bildirib. 

"2020-ci il Oktyabrın 29-da məhkəmənin hökmünə şikayət olaraq apellasiya məhkəməsinə müraciət etmişdik. Həmin hökmdə cinayət məcəlləsinin 221.3 maddəsi ilə Zaur Qənbərov 3 il 6 ay azadlıqdan məhrum edilib. Apellasiya şikayətində hökmün ləğv olunmasını və barəsində bəraət almasını xahiş etmişdik. Apellasiya məhkəməsi bizim verdiyimiz şikayəti qismət təmin etdi. Cinayət məcəlləsinin 221.3 maddəsindən 221.2.2 istinad edərək ona 2 il azadlığın məhdudlaşdırılması cəzasını təyin etdi. Barəsində seçilmiş həbs qəti imkanı tədbirini ləğv etdi. Azadlığın məhdudlaşdırlması ilə Zaur Qənbərov 2 il müddətinə hər gün saat 23:00-dan səhər 7:00-a qədər evdə olmalıdır. Məhkəmə onun içəridə olduğu müddəti nəzərə alaraq 2 illin 1 il 2 ay azadlığının məhdudlaşdırılmasını saxlayıb” – deyə vəkil bildirib.

Zaur Qənbərov ötən il oktyabrın 29-da Gədəbəy Rayon Məhkəməsi tərəfindən 3il 6 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin xuliqanlıq etməni nəzərdə tutan 221.3 maddəsi ilə ittiham olunurdu.

Jurnalistin iddiasına görə, həbs edilməsinin səbəbi Gədəbəy rayonu məmurları haqqında yazdığı araşdırma məqalələr olub.

0
anews.az