Toylar bərpa edilə bilər? - Prezidentin köməkçisindən cavab

ÖLKƏ
16:35 / 19.03.2021
2213

Prezidentin köməkçisi Şahmar Mövsümov pandemiya dövründə toylara nə vaxt icazə verilə biləcəyi haqda jurnalistlərin sualını cavablandırıb. 

HİT.Az-ın verdiyi xəbərə görə, Ş.Mövsümov bildirib ki, hazırda toyların bərpası ilə bağlı məsələlər müzakirə edilmir.

Ş.Mövsümov həmçinin xatırladıb ki, hazırda ad günü keçirmək qadağandır: "Əgər siz bunu edirsizsə, qaydaları pozursuz. Avtobusda oturub getmək isə qadağan deyil. Mülahizələrlə yox, qaydalara uyğun davranmaq lazımdır".

4