Sosial şəbəkələrdə qadının həyat yoldaşı tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılıb. Bildirilib ki, qadın illərdir əri tərəfindən işgəncə görür.
Daxili İşlər Nazirliyindən Report-a bildirilib ki, sosial şəbəkələrdə yayılan məsələ DİN-in nəzarətinə götürülüb:
“Müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.