Kürdəmirdə avtomobil kanala aşdı: ölən və yaralananlar var - FOTO

ÖLKƏ
14:36 / 23.03.2021
993

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edərkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

1