Nazirlik "Tarqovı"da alt paltarında gəzən qadınla bağlı yeni məlumat yaydı 

ÖLKƏ
18:44 / 23.03.2021
1830

Bu gün günorta saatlarında Bakının Fəvvarələr Meydanında alt paltarında gəzən qadın görüntülənib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

DİN mətbuat xidmətindən məlumat Unikal.org-a verilən məlumata görə, Bakıda alt paltarında gəzən qadın saxlanılıb.

Bildirilib ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.

Onunla profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Qız əməlindən peşman olduğunu bildirib.

 

4